
Bakı. Trend:
Sabaha gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata
görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz
keçəcəyi gözlənilir.
Cənub-şərq küləyi axşama doğru mülayim şimal-qərb küləyi ilə
əvəz olunacaq.
Havanın temperaturu gecə 14-17°, gündüz 25-30° olacaq. Atmosfer
təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 50-60%,
gündüz 30-40% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi
gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə
qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi
ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman
olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17°, gündüz 27-32°, dağlarda gecə
10-15°, gündüz 15-20° olacaq.





























