Advertisement

Babəkin yeni təyin olunan icra başçısı kimdir? – DOSYE

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Prezident İlham
Əliyevin imzaladığı sərəncamla Ovni Muradov Naxçıvan MR Babək Rayon
İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Trend xəbər verir ki, Ovni Muradov sözügedən təyinatadək
Naxçıvan MR-in təhsil nazirinin müavini olub.

Bir müddət təhsil naziri vəzifəsi vakant olduğundan o, həmin
vəzifəni də icra edib.

Bundan əvvəl isə O.Muradov Babək Rayon Təhsil Şöbəsinin müdiri
olub.

İxtisasca tarixçi olan Ovni Muradov həm də keçmiş Tələbə Qəbulu
üzrə Dövlət Komissiyasının (hazırkı Dövlət İmtahan Mərkəzi)
məktəblilər üçün Tarix testlər toplusunun müəlliflərindən
biridir.