
Bakı. Trend:
“Apple” kompaniyası iOS 18-də sıralanan bir çox tətbiqi, o
cümlədən “Qeydlər”, “Poçta”, “Fotoşəkillər”i yenidən dəyişəcək.
Trend bu barədə tanınmış insayder “Power On” yeni informasiya
bülleteninə və “Bloomberg” agentliyinin müxbiri Mark Qurmana
istinadən xəbər verir.
M.Qurman sadalanan proqramlar üçün nəzərdə tutulan hər hansı
yeni funksiyanı açıqlamayıb. Bununla belə, əvvəllər “Notes”
xidmətinin daha çox riyazi düsturların nümayişi üçün dəstək alacağı
və səsli qeydləri yazmaq üçün daxili imkanın olacağı barədə
şayiələr var idi. Eyni zamanda, “MacRumors” qeyd edib ki, “Mail”,
“Photos” və “Fitness” proqramlarında dəyişikliklər haqqında məlumat
ilk dəfə ortaya çıxıb.
Bloomberg müxbiri, həmçinin, “Apple”in nəhayət Kalkulyator
tətbiqini iPadOS 18-ə əlavə edəcəyini təsdiqləyib.
M.Qurmanın qeyd etdiyi dəyişikliklərə əlavə olaraq, iOS 18-də
bir çox başqa təkmilləşdirmələr olacağı barədə şayiələr də var.
Məsələn, süni intellekt sayəsində “Siri” tətbiqi daha “ağıllı” və
daha faydalı olacaq, iş masasını fərdiləşdirmək üçün də daha çox
imkanlar olacaq, “Apple Map”dakı xəritələr daha informativ olacaq
və sairə.
“Apple” kompaniyasının mayın 7-də iPad-in təqdimatı zamanı bəzi
yeni funksiyaları təqdim edəcəyi gözlənilir. iOS 18 və iPadOS 18
innovasiyalarının əsas hissəsi 2024-cü ilin iyununda WWDC
tərtibatçı konfransının (Apple Worldwide Developers Conference –
Apple platformalarında tərtibatçılar üçün ümumdünya konfransı) bir
hissəsi kimi elan ediləcək.





























