Advertisement

Özbəkistanın mədəniyyət naziri Azərbaycana səfər edəcək

Bakı. Trend:

Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov Azərbaycana
səfər edəcək.

Trend-in
məlumatına görə, nazir 1-3 may tarixlərində Bakıda keçiriləcək
“Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və
qarşılıqlı fəaliyyət” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunda deyib.

Mədəniyyətlərarası Dialoq Forumunda həmçinin, Özbəkistan
Müsəlmanları İdarəsinin sədri, müfti Nuriddin Holiknazarov,
Özbəkistan Ali Məclisinin Qanunverici Palatasının spiker müavini
Zuhra İbrahimova, Özbəkistan parlamentinin deputat və senatorları
iştirak edəcəklər.

Qeyd edək ki, tədbirdə ümumilikdə dünyanın müxtəlif ölkələrindən
700 yüksək rütbəli qonaq iştirak edəcək. 100-dən çox ölkəni təmsil
edən iştirakçılar arasında nazirlərlə yanaşı, həmçinin 60-a yaxın
ölkənin mədəniyyət nazirliklərinin və 28 beynəlxalq təşkilatın
nümayəndələri yer alacaq.

Forum çərçivəsində Nazirlər Konfransı və beynəlxalq
təşkilatların yüksək səviyyəli toplantısı keçiriləcək.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təşkil
olunan tədbir nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən BMT-nin
Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, ISESCO və BMT-nin
Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçiriləcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun