
Bakı. Trend:
Rusiya danışıqlara həqiqətən hazır olduğunu nümayiş etdirən
kimi, biz mütləq orada olacağıq və inanıram ki, ukraynalılar da
orada olacaq.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni
Blinken deyib.
Bundan başqa, ABŞ dövlət katibi NATO-nun Rusiyaya qarşı heç bir
mənfi niyyətinin olmadığını qeyd edib.
“Daha əvvəl də qeyd etdiyim kimi, NATO müdafiə təşkilatıdır.
Onun Rusiyaya qarşı heç vaxt mənfi niyyəti olmayıb və olmayacaq”, –
deyə Blinken əlavə edib.





























