
Bakı. Trend:
Azərbaycan milli komandasının Albaniya yığması ilə beynəlxalq
yoldaşlıq görüşünün məkanı və başlama saatı müəyyənləşib.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bununla bağlı AFFA məlumat yayıb.
Bildirilib ki, oyun iyunun 7-də Bakı vaxtı ilə saat 21:00-da
“Haladas SportKomplexum” stadionunda baş tutacaq. Qarşılaşma
Macarıstanda keçiriləcək.





























