Advertisement

Kolumbiyada helikopter qəzaya uğrayıb – Trend.Az

Bakı. Trend:

Kolumbiyanın şimalında hərbi helikopter qəzaya uğrayıb.

Trend xəbər verir ki, hadisə Bolivar departamentində baş
verib.

Ölkənin ən böyük narkotik karteli olan “Gulf Clan”a (Körfəz
Klan) qarşı əməliyyatda iştirak edən hökumət qoşunlarını təchiz
edən helikopterin qəzaya uğraması nəticəsində 9 əsgər həlak
olub.