
Bakı. Trend:
Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş və respublikanın
13 şəhər və rayonunun ərazisində yerləşən 21 qəbiristanlıqda
tanınmadan dəfn edilmiş 64 nəfərin şəxsiyyəti müəyyənləşib.
Trend xəbər verir ki, Əsir və itkin düşmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar
Səmədov bu gün keçirilən brifinqdə deyib.
Xatırladaq ki, Xocalı şəhəri ərazisində qazıntılar zamanı
kütləvi məzarlıqda 21 nəfərin, daha sonra isə Xocalı rayonunun
Malıbəyli kəndində 8 nəfərin qalıqları aşkar olunub. Ümumilikdə isə
bu günə qədər Xocalıda qalıqları tapılan 29 nəfərdən 9 nəfərin
kimliyi müəyyən edilmişdi.





























