Advertisement

Azərbaycan və Ermənistan Almatıda danışıqlarda iştirakını təsdiqləyib – Qazaxıstan XİN

Bakı. Trend:

Azərbaycan və Ermənistan Almatıda danışıqlarda iştirakını
təsdiqləyib

Trend xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər
Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər
nazirlərinin Almatıda keçiriləcək görüşünün vaxtı əlavə olaraq
açıqlanacaq.

Qeyd edək ki, bundan əvvəl bu gün Qazaxıstan xarici işlər
nazirinin müavini Alibek Bakaev jurnalistlərə bildirib ki, Yerevan
danışıqlarda iştirakını hələ təsdiq etməyib.

Xatırladaq ki, bir müddət əvvəl Qazaxıstan Prezidenti
Kasım-Jomart Tokayev Azərbaycan və Ermənistan arasında danışıqlar
üçün platforma təklif etmişdi.