Advertisement

İlon Maskın sərvəti bir həftə ərzində 37,3 milyard dollar artıb

Bakı. Trend:

Amerikalı milyarder İlon Maskın sərvəti aprelin son həftəsində
37,3 milyard dollar artıb.

Trend-in
məlumatına görə, bu barədə “Bloomberg” agentliyi xəbər verib.

Bu göstərici Maskın 2022-ci ilin martından bəri ən böyük
həftəlik artımıdır.

Agentliyin qeyd etdiyi kimi, Mask hazırda dünyanın ən varlı
adamları siyahısında üçüncü yerdədir. Onun sərvəti 202 milyard
dollar dəyərində qiymətləndirilir.