Advertisement

Pakistanda məscidə hücum edilib, ölənlər var

Bakı. Trend:

Əfqanıstanın qərbində terrorçuların şiə məscidinə hücumu
nəticəsində 6 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə “Aamaj News” agentliyi xəbər
verib.

Məlumata əsasən, İŞİD-Xorasan terror qruplaşması Herat
vilayətinin Güzrə rayonunda şiə məscidinə hücuma görə məsuliyyəti
öz üzərinə götürüb.

Bildirilib ki, hücum nəticəsində 6 nəfər həlak olub.