Bakı. Trend:
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “F-16” təyyarəsi çərşənbə
axşamı Nyu-Meksiko ştatında Holloman Hərbi Hava Qüvvələri bazası
yaxınlığında qəzaya uğrayıb.
Trend-in məlumatına görə, bu barədə “Fox News” televiziya kanalı
xəbər verib.
Məlumata əsasən, hadisə yerli vaxtla saat 11:50-də “Uayt Sends”
Milli Parkı yaxınlığında baş verib. Qırıcının göyərtəsində yalnız
pilot olub, o katapultasiya edib. Ona tibb yardım göstərilib.
“Uayt Sends” Parkının bəzi hissələri ictimaiyyət üçün
bağlıdır.
























