Advertisement

İsrail Qahirədə Qəzzada atəşkəs məsələlərini müzakirə etməyə hazırdır

Bakı. Trend:

İsrail Qəzza zolağında hərbi əməliyyatların dayandırılmasını
müzakirə etmək üçün yaxın günlərdə “Mossad” kəşfiyyatının rəhbəri
David Barneanın başçılıq etdiyi nümayəndə heyətini Qahirəyə
göndərməyə hazırdır.

Trend-in məlumatına görə, bu barədə “The Wall Street Journal”
nəşri İsrail və Misir mənbələrinə istinadən bildirib.

Nəşr qeyd edib ki, ərəb vasitəçiləri “HƏMAS”ı Rəfahda gözlənilən
hərbi əməliyyatdan əvvəl atəşkəs şərtlərini qəbul etməyə təşviq
edirlər.