Advertisement

Mart ayında Türkiyənin Türk Dövlətlərinə ixracı artıb

Bakı. Trend:

2024-cü ilin mart ayında Türkiyənin Türk Dövlətlərinə ixracı
2023-cü ilin eyni ayı ilə müqayisədə 1,5 faiz azalaraq 838,8 milyon
dollar olub.

Trend-in TurkicWorld-ə istinadən
məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən
bildiriblər.

Məlumata əsasən, bu ilin yanvar – mart ayında, Türkiyənin Türk
Dövlətlərinə ixracı, keçən ilin analoji dövri ilə müqayisədə 5 faiz
artaraq, 2,3 milyard dollar olub.

“Bu ilin mart ayında Türkiyənin Türk Dövlətlərindən idxalı
2023-cü ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz artaraq 784,3
milyon dollar təşkil edib”, – deyə nazirlikdən bildiriblər.

Qeyd olunub ki, 2024-cü ilin yanvar – mart aylarında Türkiyənin
Türk Dövlətlərindən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə,
3 faiz artaraq, 1,9 milyard dollar təşkil edib.

Məlumat üçün qeyd edək ki, mart ayında Türkiyənin xarici ticarət
dövriyyəsi 52 milyard 483 milyon dollara çatıb.

Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin mart ayında Türkiyənin
ixracatı 2023-ci ilin eyni ayı ilə müqayisədə 4,1 faiz azalaraq 22
milyard 571 milyon dollar, idxalı isə 6,3 faiz azalaraq 29 milyard
912 milyon dollar olub.

“Bu ilin yanvar-mart ayında Türkiyənin xarici ticarət dövriyyəsi
147 milyard 548 milyon dollara çatıb” –deyə nazirlikdən
bildirilib.

Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin yanvar-mart ayında
Türkiyənin ixracatı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz
artaraq 63 milyard 603 milyon dollara, idxalı isə 12,8 faiz
azalaraq 83 milyard 945 milyon dollara çatıb.

Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 617
milyard 551 milyon dollara çatıb.

2023-cü ildə Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə
müqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxalı isə 0,5
faiz azalaraq 361 milyard 774 milyon dollar olub.