Advertisement

DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

Bakı. Trend:

Rəqəmsal SAT imtahanı mayın 4-də Dövlət İmtahan Mərkəzinin (DİM)
Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən
inzibati binasında təşkil olunacaq.

DİM-dən Trend-ə bildirilib ki, imtahan verəcək şəxslər saat
07:15-dən gec olmayaraq aşağıda qeyd edilən sənəd və vasitələrlə
birlikdə imtahan binasında olmalıdırlar:

1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;

2. Buraxılış vərəqəsi – “Admission Ticket”;

3. “College Board”un tələblərinə cavab verən notbuk və ya
planşet (adapter ilə birgə).

Qeyd olunan sənədlərdən biri olmadıqda və ya sənədlər arasında
uyğunsuzluq olduqda iştirakçı test mərkəzinə buraxılmır.

İştirakçılar imtahana, həmçinin kalkulyator, qeydləri aparmaq
üçün qələm və ya karandaş gətirə bilərlər. Qaralama üçün vərəq
imtahan mərkəzində verilir.

İmtahan iştirakçısının notbuk və ya planşetini imtahan mərkəzinə
gətirmək imkanı yoxdursa və o, “College Board”dan notbuk/planşet
sorğu edilməsi prosesindən keçməyibsə, həmin iştirakçı imtahan
mərkəzinə buraxılmayacaq.

Qeyd edək ki, 4 may SAT imtahanının iştirakçıları imtahan
tarixindən beş gün əvvəl “Bluebook”da yaradılmış şəxsi hesablarına
daxil olmalı və imtahanın qurulmasını (test set up) başa
çatdırmalıdırlar. Bu prosesin sonunda imtahan iştirakçılarına
buraxılış vərəqəsi onlayn qaydada təqdim ediləcək.

Rəqəmsal SAT barədə ətraflı məlumatı DİM-in rəsmi internet
səhifəsində əldə etmək olar.

Növbəti SAT imtahanının iyunun 1-də keçirilməsi nəzərdə
tutulur.

Əlavə sual yarandığı halda [email protected] ünvanına
yazmaq olar.