
Bakı. Trend:
Keçən ildən fərqli olaraq, 2024/2025-ci tədris ili üçün Musiqi
sənəti istiqamətinin bakalavriat səviyyəsinə keçiriləcək qabiliyyət
imtahanlarında abituriyentlər öncə ixtisas imtahanlarında iştirak
edəcəklər.
Dövlət İmtahan Mərkəzindən Trend-ə bildirilib ki, ixtisas
imtahanından müsbət qiymət alan abituriyentlər nəzəriyyə fənləri
üzrə test imtahanında iştirak etmək hüququ qazanacaqlar.
Qeyd edək ki, orta ixtisas təhsili müəssisələrinin musiqi sənəti
istiqaməti üzrə keçiriləcək qabiliyyət imtahanlarında
abituriyentlər yalnız ixtisas imtahanı verirlər.





























