Advertisement

Abdullah Zubir adının xarici klublarla hallanmasına cavab verib

Bakı. Trend:

“Qarabağ”ın futbolçusu Abdullah Zubir xarici klublardan birinə
keçmək ehtimalına münasibət bildirib.

Trend xəbər verir ki, 32
yaşlı yarımmüdafiəçi İdman.biz-ə açıqlamasında son zamanlar Fransa
mətbuatında adının bir sıra xarici klublarla yanaşı hallanması
haqda danışmaq istəməyib.

O bildirib ki, bu haqda danışmaq üçün mövsümün sonunu gözləmək
lazımdır: “Bu barədə danışmaq düzgün olmaz. Fikrimcə, heç bir
futbolçu mövsümün gedişində bu barədə danışmaq istəməz. Hansısa bir
klubun dəvəti barədə mövzuya fikir bildirmək istəmirəm”.

Qeyd edək ki, 2018-ci ildən “Qarabağ”da çıxış edən Zubirin
müqaviləsi cari mövsümün sonunda başa çatacaq. Ağdam klubu ona iki
illik yeni anlaşma təklif etməyi planlaşdırır.