
Bakı. Trend:
“Real” heyətinə yeni futbolçu qatıb.
Trend xəbər verir ki, klubun
saytı məlumat yayıb. Madrid təmsilçisi 17 yaşlı ukraynalı qapıçı
İlya Voloşini transfer edb.
Onunla 2026-cı ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edilir ki, futbolçunun hazırda boyu 202 santimetrdir. Onun
son klubu isə “Novelda” olub (İspaniya).





























