Advertisement

Ermənistanın hərbi həkimləri NATO təlimlərində iştirak edəcək

Bakı. Trend:

Ermənistanın hərbi həkimləri NATO-nun himayəsi altında
Macarıstanda keçiriləcək təlimlərində iştirak edəcəklər.

Trend xəbər
verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Məlumat görə, aprelin 30-da başlayan təlimlərə 32 ölkənin və 7
mülki təşkilatın hərbi-tibbi bölmələri cəlb olunub. Təlimlər mayın
10-dək davam edəcək.

Qeyd olunub ki, Ermənistanın Müdafiə Nazirliyi təlimlərə hərbi
səhra hospitalı göndərib. Macarıstanın Varpaluta poliqonunda
yerləşən tibbi batalyon NATO-nun “Vigorous Warrior 2024” adlı
təlimində iştirak edəcək.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun