Advertisement

Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb

Bakı. Trend:

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi
2024-cü il üçün hazırlıq planına əsasən, hərbi hissələrdə bir qrup
hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı
başlayıb.

Trend MN-ə istinadən xəbər
verir ki, ehtiyatdan çağırılan hərbi vəzifəlilər toplanış
məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim
müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri
ilə təmin olunublar.

Toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığı
səviyyəsinin artırılması, eləcə də bilik və bacarıqlarının
təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar yerinə
yetiriləcək.

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışının əsas məqsədi
onların döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini
təkmilləşdirmək, eyni zamanda ordumuzun arsenalında olan müasir
silah və hərbi texnikanın istismar qaydalarını öyrətməkdir.