Advertisement

Gürcüstan etirazlara baxmayaraq qanunu qəbul etməyi planlaşdırır

Bakı. Trend:

Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası
etirazlardan yaranan narahatlığa baxmayaraq, “Xarici agentlər
haqqında” qanun layihəsini hər üç oxunuşda qəbul etməyi
planlaşdırır.

Trend xəbər verir ki, bu
barədə respublikanın Baş naziri İrakli Kobaxidze mətbuat
konfransında danışıb.

“Biz “Xarici agentlər haqqında” qanunu qəbul edəcəyik, bir neçə
gün davam edəcək diskomfort olacaq, lakin uzunmüddətli perspektivdə
biz ölkəni illər boyu qütbləşmədən və radikalizmdən
sığortalayacağıq”, – Kobaxidze bildirib.

Hökumət başçısı qeyd edib ki, bu qanunun qəbulu Gürcüstanın
Aİ-yə inteqrasiyasını sürətləndirəcək.