“Qalatasaray” Türkiyə Super Liqasının üçüncü turunda evdə “Göztəpə”ni 3:2 hesabı ilə məğlub edib. Oyun İstanbulun “RAMS Park” stadionunda keçirilib.
Hesabı 16-cı dəqiqədə “Göztəpə”nin yarımmüdafiəçisi Novatus Miroşi açıb. 33-cü dəqiqədə Davinson Sançes hesabı bərabərləşdirib.
55-ci dəqiqədə Qabriel Sara “Qalatasaray”ı önə çıxarıb. 63-cü dəqiqədə Viktor Osimhen penaltini dəqiq yerinə yetirib və hesab 3:1 olub. “Göztəpə”nin hücumçusu Juan Santos 65-ci dəqiqədə fərqi azaltdıqdan sonra matç 3:2 hesabı ilə yekunlaşıb.
Turun digər matçında “Qaziantep” doğma meydanda “Rizespor”a 1:2 hesabı ilə uduzub.
Mənbə: az.trend.az
