Advertisement

Azərbaycanlı futbolçu finalda uduzub – Trend.Az

Bakı. Trend:

Azərbaycanlı futbolçu Musa Qurbanlı İsveç kubokunu qazana
bilməyib.

Trend İdman.biz
istinadən xəbər verir ki, onun çıxış etdiyi “Yurqorden” turnirin
finalında uduzub.

“Malmö” ilə oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə
yekunlaşıb. Görüşün qalibi penaltilər seriyasında müəyyənləşib.
Qurbanlının komandası lotereyada cəmi 1 dəfə dəqiq olaraq, 1:4
hesabı ilə uduzub.

Qeyd edək ki, Musanın adı iştirak ərizəsinə daxil edilsə də, o,
meydana çıxmaq şansı qazanmayıb.