Advertisement

Azərbaycan manatının dövretmə sürəti artıb

Bakı. Trend:

Bu il aprelin 1-nə Azərbaycanın milli valyutası – manatın
dövretmə sürəti 3,38 bənd təşkil edib.

Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki,
bu, martın 1-i ilə müqayisədə 0,13 bənd çox, ilin əvvəlinə nisbətən
0,1 bənd az, illik müqayisədə isə 0,7 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17
il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda,
yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68
bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə
(15,72 bənd) qeydə alınıb.