Cümə, 23 Oktyabr 2026
Günün xəbəri, dəqiq məlumat--:--:--
Xəbər Zonası
Operativ • Dəqiq • Etibarlı
SON DƏQİQƏ
30.08.2026 14:18 · Xəbər xətti

"Qarabağ" "APOEL"in braziliyalı yarımmüdafiəçisi Dieqo Rosanı icarəyə götürüb

“Qarabağ” klubu Kiprin APOEL komandasından braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı bir illik icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat verib və futbolçu komandada 33 nömrəli formada çıxış edəcək.

İcarə müqaviləsinə əsasən, icarə müddətinin sonunda “Qarabağ” futbolçunu transfer etmək hüququna malikdir.

Dieqo Rosa 2021-ci ildə “Qremio”dan “Mançester Siti”yə transfer olunub və sonradan “Lommel” (Belçika), “Vizela” (Portuqaliya), “Bahia” və “İnter” (Braziliya) klublarında çıxış edib. O, 2025-ci ildə APOEL-ə keçib.

Yarımmüdafiəçi Braziliyanın U-16 və U-17 milli komandalarında çıxış edib.

Mənbə: az.trend.az