Advertisement

Mədəni irsin qorumasında parlamentlərin üzərinə böyük vəzifə düşür – Baş katib

Bakı. Trend:

Bu gün mədəniyətlərimiz təhdidlərlə üzləşməkdədir. Müharibələr,
təbii fəlakətlər və digər amillər mədəniyyətimizi təhdid edir.

Trend-in məlumatına görə, bunu Beynəlxalq Parlamentarilər
Konqresinin baş katibi Sitara Ayaz Bakıda keçirilən VI Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Mədəni irsin
qorunmasında qanunvericiliyin rolu və qabaqcıl təcrübələr”
mövzusunda panel müzakirələri zaman deyib.

O qeyd edib ki, mədəni irsin qorumasında parlamentlərin üzərinə
böyük vəzifə düşür.

“Lakin mədəni irs sadəcə qanunlarla qoruna bilməz. Bunun üçün
maraqlı tərəflər, o cümlədən dövlət qurumları, vətəndaş cəmiyyəti
təşkilatları, yeri icmalar öz üzərinə düşən vəzifəni yerinə
yetirməlidir.

Azərbaycanın əsrlər boyu zəngin mədəni irsi mövcud olub.
Azərbaycan mədəni irisin qorunmasında mühüm işlər həyata keçirir.
Eyni zamanda belə bir platforma yaratdığı üçün Azərbaycana
təşşəkkür edirəm”, – deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumu keçirilir.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və
Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif
ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə
yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28
beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on
panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə
tutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən
tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər
Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və
BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə
keçirilir.