Advertisement

Sabah hava necə olacaq? – Trend.Az

Bakı. Trend:

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə
görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən
buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi
gözlənilir.

Lakin axşam bəzi yerlərdə yağış yağacağı, gecəyə doğru
yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Arabir
güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15°, gündüz 18-22° olacaq. Atmosfer
təzyiqi 754 mm civə sütunundan 751 mm civə sütununa enəcək. Nisbi
rütubət gecə 60-65%, gündüz 40-45% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə arabir intensiv olacağı, şimşək
çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara
keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman
olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15°, gündüz 19-24°, dağlarda gecə
5-10°, gündüz 10-15° olacaq.