
Bakı. Trend:
Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunda hərəkət
məhdudlaşdırılacaq.
Trend xəbər verir ki, bu barədə Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, 3 may saat 00:00-dan səhər saat 06:00-dək Hava
Limanı-Mərdəkan-Zağulba avtomobil yolunun 11-ci km-də (Buzovna
qəsəbəsi ərazisində “Rahat” marketin qarşısı) yeni inşa edilən
yerüstü piyada keçidinin platformasının quraşdırılması ilə əlaqədar
olaraq qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti
hissə-hissə qismən məhdudlaşdırılacaq.
Sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə
olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri
və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə
uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunub.





























