Advertisement

Prezident İlham Əliyev: Azərbaycan neokoloniazatorların ikili standartlarının aşkarlanması istiqamətində səylərini davam etdirəcək

Bakı. Trend:

Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik rəhbərliyi zamanı,
eləcə də hazırda bu təsisatın “sədrlik üçlüyünə” daxil olduğu
dövrdə bir çox mühüm təşəbbüslərlə çıxış edib.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini
Konstantin Kosaçovu və Dövlət Dumasının MDB işləri, Avrasiya
iqtisadiyyatı və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid
Kalaşnikovu qəbul edərkən deyib.

Dövlət başçısı vacib məsələlərlə, o cümlədən neokolonializmlə
bağlı böyük səylər göstərdiyini vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycanın həm ölkəmizdə, həm də
ölkəmizdən kənarda bu mövzu ilə əlaqədar tədbirlər keçirdiyini
bildirərək bundan sonra da neokoloniazatorların keçmişdə və müasir
dövrdə törətdiyi cinayətlərin, onların digər ölkələrə və xalqlara
qarşı həyata keçirdikləri ikili standartlarının aşkarlanması
istiqamətində səylərini davam etdirəcəyini dedi.