Advertisement

Əməkdaşlıq CAREC-AİB regionunda ticari fəaliyyətin karbon izini azalda bilər

Tbilisi. Trend:

Mərkəzi Asiyada və qonşu ölkələrdə sıx əməkdaşlıq və ticarət
siyasətində islahatlar ticari fəaliyyətin və istehsal-satış
zəncirinin – dünyanın istehsal baxımından ən enerji tutumlu
istehsal bölgələrindən birində artan emissiya mənbələrinin karbon
izini azalda bilər.

Trend xəbər
verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) 57-ci illik
toplantısında bankın rəsmi nümayəndələri bildirib.

“AİB tərəfindən dəstəklənən Mərkəzi Asiya Regional İqtisadi
Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində siyasət və standartların
uyğunlaşdırılması təchizat zəncirlərini daha az karbon tutumlu və
daha dayanıqlı etməklə yanaşı, ticarət həcmini artırmağa kömək edə
bilər”, – AİB-in Mərkəzi və Qərbi Asiya üzrə baş direktoru Yevgeni
Jukov

Ticari fəaliyyət mühüm iqtisadi artıma və inkişafa töhfə versə
də, karbon emissiyalarının artmasına da səbəb olub. Ümumdünya
Ticarət Təşkilatının məlumatına görə, karbon qazının qlobal
emissiyalarının təqribən 20-30 faizi ticarət və təchizat zəncirləri
ilə əlaqəlidir.

CAREC ölkələrinin əksəriyyəti elektrik enerjisi, kimya və
dağ-mədən sənayesi kimi emissiyaların intensiv olduğu sektorlarda
ixtisaslaşıb. Bu, CAREC regionunda əlavə dəyər istehsalında karbon
dioksid emissiyalarının payının dünyada ən yüksək göstəricilərdən
biri olması ilə nəticələnir.

Enerji keçidində (külək turbinlərindən elektromobil və
akkumulyatorlara qədər) mühüm rol oynayan nəhəng mineral
ehtiyatlarına malik olan CAREC ölkələri qazıntı yanacaqlardan
enerji keçidi nəticəsində yaranan imkanlara keçid üçün potensiala
malikdir.

CAREC ölkələrinin müəssisələri və istehsalçılarının artan
ekoloji standartlar və karbon tullantılarına qiymətqoyma siyasəti
fonunda yaşıl standartların hazırlanmasına regional yanaşması
olmalıdır.

Koordinasiya regional dekarbonizasiya və karbon tullantılarına
qiymətqoyma siyasəti regional resurslardan səmərəli istifadəyə,
iqtisadi inteqrasiyanın artmasına, “karbon sızması”nın azalmasına
və texnologiyaların ötürülməsində artıma səbəb ola bilər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun