Advertisement

Zəngəzur bağlantısının həyata keçirilməsi Orta dəhlizin tutumunu artıracaq – Samir Şərifov

Tbilisi. Trend:

Zəngəzur bağlantısının həyata keçirilməsi Orta Dəhlizin tutumunu
artıracaq.

Trend xəbər verir
ki, bu barədə Azərbaycan Rerspublikasının maliyyə naziri Samir
Şərifov Tbilisidə Asiya İnkişaf Bankının illik toplantısı
çərçivəsində “Bağlantıların gücləndirilməsi: Avropa Əlaqələri
Dəhlizi (Bərpa olunan Enerji və Rəqəmsal Bağlantı) (Avro-Asiya
Bağlantısının Yenidən Formalaşdırılması)” mövzusunda panel
müzakirəsində çıxışında deyib.

S.Şərifov hazırda Azərbaycanın nəqliyyat-tranzit gündəliyində
yer alan əsas prioritet layihənin Azərbaycanın Şərqi Zəngəzur
İqtisadi Rayonunu Naxçıvan Muxtar Respublikasına və oradan da
Türkiyənin Qars bölgəsinə birləşdirən nəqliyyat
kommunikasiyalarının yaradılması olduğunu bildirib və əlavə edib
ki, Zəngəzur dəhlizi Orta Dəhliz boyunca yeni nəqliyyat
arteriyasının açılması baxımından xüsusi əhəmiyyətə malikdir və
region ölkələrinin tranzit potensialının tam şəkildə
reallaşdırılmasına xidmət edəcək: “Zəngəzur bağlantısının həyata
keçirilməsi dəhlizin tutumunu artıracaq və çatdırılma müddətlərini
daha sabit edəcək. Biz inanırıq ki, Zəngəzur dəhlizi həm də regiona
davamlı sülh və təhlükəsizlik gətirəcək, ölkələr arasında ticarəti
və əməkdaşlığı yaxşılaşdırmaqla etimad və sabitliyin yaranmasına
kömək edəcək”.