
Bakı. Trend:
İngiltərə Premyer Liqasında 26-cı turdan təxirə salınmış oyun
keçirilib.
Trend İdman.biz-ə istinadən
xəbər verir ki, “Çelsi” öz meydanında “Tottenhem”lə qarşılaşıb.
London derbisində “zadəganlar” qələbə qazanıblar. “Tottenhem”
ardıcıl 3-cü oyunda uduzub. “Çelsi” 2:0 hesabı ilə qalib gəlib.
Komandanın qollarını Çalobah və Jakson vurub.
“Tottenhem” 60 xalla 5-ci, “Çelsi” 51 xalla 8-ci pillədə
qərarlaşıb.





























