Advertisement

Braziliyada daşqınlar nəticəsində 30 nəfər həlak olub

Bakı. Trend:

Braziliyanın cənubundakı Rio Qrande-du-Sul ştatında daşqınlar
nəticəsində azı 30 nəfər ölüb, 60 nəfər itkin düşüb.

Trend-in
məlumatına görə, bu barədə Braziliyanın dövlət orqanları məlumat
yayıb.

Əlverişsiz hava 10 milyona yaxın sakinin yaşadığı ştatın 50
bələdiyyəsinə təsir edib. Yağışlar davam etdiyi üçün 10 min sakin
evlərini tərk etmək məcburiyyətində qalıb. 300 mindən çox evin
elektrik təchizatı kəsilib.