
Bakı. Trend:
Bu ay Zəngilanda beynəlxalq mina konfransı keçiriləcək.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası
Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici
siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Avropa
Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbirdə
bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanda mina ilə bağlı
beynəlxalq konfrans keçirilib və növbəti belə konfransın işğaldan
azad edilmiş Zəngilanda təşkil olunması planlaşdırılır.
Ermənistanın 30 illik işğalı nəticəsində torpaqlarımızın 12
faizinin minalarla çirkləndiyini diqqətə çatdıran Hikmət Hacıyev
deyib ki, mina partlayışları insanların həyatına son qoymaqla
bərabər, keçmiş məcburi köçkünlərin də doğma yurdlarına rahat
şəkildə qayıtmalarına mane olur.





























