
Ağdam. Trend:
Bu gün işğaldan azad olunmuş əraziləri minalardan təmizlənir.
Yeni və müasir şəhərlər tikilir, mədəni abidələr bərpa edilir.
Diqqətə çatdırmaq istəyirəm ki, 2026-ci ilin sonunadək Ağdamın
Xıdırlı kəndində 719, Sarıcalı kəndində 203, Kəngərli kəndində isə
292 evin tikintisinin başa çatdırılması nəzərdə tutulur.
Trend xəbər verir ki, bu sözləri BMT-nin Qarabağ iqtisadi
rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu
istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin
müavini Bəşir Hacıyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
çərçivəsində Ağdam şəhərində keçirilən “Minaların və partlamamış
hərbi sursatların mədəni mülkiyyətə təsiri” adlı xüsusi sessiyada
çıxışı zamanı deyib.
Qeyd edək ki, Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik
naminə dialoq” mövzusunda VI Mədəniyyətlərarası Dialoq Forumunun
iştirakçıları işğaldan azad olunan Ağdam şəhərində səfərdədirlər.
Forum çərçivəsində Ağdam Konfrans Mərkəzində “Minaların və
partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda
xüsusi sessiya keçirilir.
Sessiyaya Azərbaycan Respublikasının UNESCO yanında daimi
nümayəndəsi, səfir Elman Abdullayev moderatorluq edir.





























