
Bakı. Trend:
Bir sıra kütləvi informasiya vasitələrində Dövlət Gömrük
Komitəsinin müvafiq strukturları tərəfindən Tovuz Gömrük İdarəsində
əməliyyat keçirilməsi ilə bağlı məlumatlar yayımlanıb.
Trend-in komitəyə istinadən verdiyi məlumata görə, Komitənin
Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən enerji içkiləri və digər
məhsulların qaçaqmalçılıq faktı aşkarlanıb, faktla bağlı cinayət
işi başlanılıb və istintaq aparılır.
“Qeyd edilən məsələ ilə bağlı yayımlanan xəbərlərdə Dövlət
Gömrük Komitəsinin məlumatlarına istinad etmək tövsiyə olunur”, –
deyə məlumatda qeyd olunub.





























