Advertisement

Asiya İnkişaf Fondu üçün Asiya-Sakit Okean regionundakı nisbətən həssas əhali qruplarına dəstək məqsədilə 5 mlrd. dollar ayrılacaq

Tbilisi. Trend:

Donorlar və Asiya İnkişaf Bankı (AİB) Asiya İnkişaf Fondu (ADF)
və Texniki Yardım üçün Xüsusi Fonda (TASF) 5 milyard dollar əlavə
olunması barədə razılığa gəliblər.

Trend xəbər
verir ki, sözügedən öhdəlik AİB-in 57-ci illik toplantısında qəbul
edilib.

Vəsait 2025-2028-ci illər ərzində qrant əməliyyatlarının
dəstəklənməsinə yönəldiləcək. ADF 14-ün təqribən 22% tamamlanması
doldurulması ADF 13-də əlçatan olan məbləğdən 4,1 milyard dollar
çoxdur və müvafiq AİB üzvlərini tarix boyu ən iri həcmli ADF
qrantları ilə təmin edəcək. TASF 8 layihələrin hazırlanmasına,
potensialın artırılmasına və texniki, yaxud siyasət
konsultasiyaların verilməsinə yardım edəcək qrantlar ayıracaq.

“Qrantlar heç vaxt olmadığı qədər vacibdir, çünki bizim ən
yoxsul və nisbətən həssas üzvlərimiz inkişafdakı son
uğursuzluqlarını geri döndürməyə və iqlim böhranı ilə mübarizə üzrə
təcili tədbirlər görməyə can atır”, -AİB prezidenti Masatsuqu
Asakava deyib.

Bu tamamlama ADF donorlarının buna ən çox ehtiyacı olanların
mühüm inkişaf problemlərinin həlli üçün AİB ilə davam edən
tərəfdaşlığını nümayiş etdirir”, – deyə o əlavə edib.

ADF 14, iqlim dəyişikliyinə xüsusən həssas olan, inkişaf etməkdə
olan kiçik ada dövlətləri üçün, eləcə də qeyri-sabit vəziyiyətdə
olan və münaqişəyə cəlb olunmuş ölkələr üçün məqsədyönlü yardıma
prioritet diqqət ayırır.

ADF 14 iqlim dəyişmələrinə və təbii fəlakət riskinin
azaldılmasına adaptasiyanın dəstəklənməsində mühüm rol oynamağa
davam edəcək.

Tamamlamaların 2,5 milyard dollardan çoxu və ya 51%-i
donorların, o cümlədən iki yeni ölkənin – Ermənistan və Gürcüstanın
ödənişi hesabına maliyyələşdiriləcək. AİB ADF-yə xalis gəlir
transferlərini əhəmiyyətli dərəcədə artıraraq ADF 13-də 1,2 milyard
ABŞ dollarından bir qədər az məbləğdən ADF 14-də təqribən 1,6
milyard ABŞ dollarına çatdıracaq, bu isə 35% artım deməkdir.

Yerdə qalan 0,9 milyard dollar ADF-in əvvəlki tsikllərindən
köçürmələri və likvidlik investisiyalarından gəlirləri əhtə edəcək.
Paralel olaraq, AİB ADF 14-ün fəaliyyət dövrü ərzində çox aşağı
faiz dərəcələri və uzunmüddətli ödəmə şərtləri ilə 16,7 milyard ABŞ
dolları dəyərində güzəştli kredit ayırmaq niyyətindədir.
Bütünlükdə, AİB donor ödənişlərinin hər dollarına görə qrant və
güzəştli kreditlər formasında 8 ABŞ dollarından çox vəsait ayıra
biləcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun