Advertisement

İrşad müştərilərinə 5 milyon manatdan çox bonus qazandırdı

Bakı. Trend:

Azərbaycanda telefon, elektronika və məişət texnikası satışı
üzrə ixtisaslaşan, ən böyük mağazalar şəbəkəsindən olan İrşad-ın
2022-ci ildə təqdim etdiyi mobil tətbiq istifadəçilərinin qazandığı
ümumi bonus məbləği 5.000.000 AZN-i keçib.

Rahat alış-veriş imkanı yaradan və bu prosesdə həm də qazanmaq
üçün BONUS sistemini özündə əks etdirən mobil tətbiqdən ilk
qeydiyyatdan keçən müştərilər bu günədək 1.133.000 AZN-dən çox “Xoş
gəldin” bonusları qazanıblar. Məlumata görə müştərilər tərəfindən
bu bonusların 600.000 AZN-ə qədəri artıq alış-verişdə istifadə
edilib.

Şirkət tərəfindən verilən məlumata görə müştərilər bu günədək
nağd alış zamanı 575.000 AZN, hissəli alış zamanı isə 3.671.000 AZN
bonus qazanıb. Bununla da İrşad-dan müştərilərə ümumilikdə
5.390.000 AZN bonus verilib. Mobil tətbiqi yükləyən istifadəçi sayı
isə son 6 ayda 53.000 nəfər artaraq 170.000 nəfərə çatıb.

İlkin olaraq mobil tətbiqi yükləyən hər kəs qeydiyyatdan keçdiyi
zaman 20 AZN “Xoş gəldin” bonusu qazanır. Müştəri mobil tətbiqdən
alış etdikdə məhsulun dəyərinin 50%-nə qədər olan məbləği bonusla
ödəyə bilir. Qeyd edək ki, bu, nağd alışla yanaşı, həm də taksit
kartları ilə alışa şamil olunur. Üstəlik, mobil tətbiqdən
alış-veriş 2 qat bonus qazandırır. Yəni, hər hansı bir məhsul
mağaza və ya saytdan alış zamanı 15 AZN qazandırırsa, mobil
tətbiqdən alışda isə 30 AZN qazandıracaqdır. Qazanılan bonusların
son istifadə müddəti yoxdur.

“Irshad” mobil alış-veriş tətbiqinin hansı üstünlükləri
var?

– Tətbiqi yükləyib, qeydiyyatdan keçən hər kəsə 20 AZN “XOŞ
GƏLDİN” bonusu;

– Məhsulun dəyərinin 50%-nə qədər olan məbləğini bonuslarla
ödəmək;

– Alış-veriş edərək, əlavə bonuslar qazanmaq;

– 40.000-dən çox məhsul seçimi;

– Bir kliklə sifariş, pulsuz və sürətli çatdırılma;

– Müştəri məlumatlarının Şəxsi Kabinetdən idarə olunması;

– Kampaniyalardan və yeniliklərdən ilk xəbərdar olmaq!

Müştərilər Bonuslardan istifadə qaydaları haqqında daha ətraflı
məlumatı istər www.irshad.az saytından, istərsə də mobil tətbiqdə
“Şəxsi Kabinet”də yerləşən “Bonus istifadə qaydaları” bölməsindən
əldə edə bilərlər. İrşad-ın mobil alış-veriş tətbiqini “App Store”
və “Google Play Market”dən yükləmək üçün Klik et!