Advertisement

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında mayın 5-i axşamdan 7-si
səhərədək şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20
m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə Trend-ə Milli
Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, 5-i axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı
var.

Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava
şəraitinin mayın 9-u səhərədək davam edəcəyi, fasilələrlə yağıntılı
olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qazax-Gəncə,
Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan,
Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli
intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə
sulu qara, qara keçəcəyi ehtimalı var.

Şərq küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, bəzi
yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın,
Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan
qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.