Advertisement

Baş Prokurorluqda “Yaşıl Dünya naminə həmrəylik ili”nə həsr olunmuş tədbir keçirilib

Bakı. Trend:

Mayın 3-də Azərbaycan Respublikasının Baş Prokurorluğunun və
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə
həmrəylik ili”nə həsr olunmuş Seminar keçirilib.

Trend xəbər verir ki, giriş nitqi ilə çıxış edən Azərbaycan
Respublikası Baş prokurorunun birinci müavini Elçin Məmmədov
tədbirin əhəmiyyəti, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu istiqamətdə görülmüş
işlər və həyata keçirilən tədbirlər, habelə işğaldan azad edilmiş
torpaqların “Yaşıl enerji” zonası elan edilməsi və COP-29 kimi
mötəbər bir tədbirin ölkəmizdə keçirilməsinin önəmi barədə məlumat
verib.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov
“Prezident İlham Əliyevin innovativ dövlət idarəçilik
texnologiyaları: COP29-a aparan yol” mövzusunda mühazirə ilə çıxış
edib.

Seminar zamanı iştirakçılar tərəfindən mövzu ilə bağlı verilmiş
suallar cavablandırılmaqla geniş fikir mübadiləsi aparılıb.