Advertisement

Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi (FOTO)

Bakcell Fəvvarələr Meydanında yeni brend kimliyinə uyğun
innovativ mağazasını təqdim etdi. Mayın 3-dən etibarən faəliyyətə
başlayan mağazanın açılışında Bakcell-in süni intellekt dəstəkli
insanabənzər robotu Ardi iştirak edib.

Yenilənmiş mağaza üstün xidmət mərkəzi olmaqla birgə müasir
müştəri yanaşmasını sərgiləyən “high-tech” təcrübə məkanıdır. Belə
ki, mağaza müştərilərə yüksək keyfiyyətli xidmətlərlə yanaşı, oyun
həvəskarları üçün VR zona, yeni nəsil texnologiya aləti Apple
Vision Pro və rəqəmsallaşdırılmış monitorlar da təqdim edir.

Müştərilər “Bakcell”in növbəti həftələrdə təqdim edəcəyi yeni
məhsullarla yerində tanış ola və onları birbaşa mağazadan əldə edə
bilərlər. Hacı Zeynalabdin Tağıyev küçəsi 19 (Fəvvarələr Meydanı)
ünvanında yerləşən yenilənmiş mağaza həftəiçi 9:00-dan 20:00-a,
həftəsonu 10:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərir.

Qeyd edək ki, “Bakcell”in yeni təqdim olunmuş brend strategiyası
gələcəyə hədəflənərək Azərbaycan üçün innovativ xidmətlər təqdim
etməkdir.