
Bakı. Trend:
Qəzzada baş verənləri işıqlandıran fələstinli jurnalistlər
mətbuat azadlığı sahəsinə töhfələrinə görə 2024-cü il
UNESCO/Guillermo Cano mükafatının qalibləri seçiliblər.
Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, bu barədə UNESCO-nun məlumatında
deyilir.
Seçim media peşəkarlarından ibarət beynəlxalq münsiflər
heyətinin tövsiyəsi əsasında baş tutub. Mükafatların təqdimetmə
mərasimi Çilinin paytaxtı Santyaqoda keçirilən Ümumdünya Mətbuat
Azadlığı Konfransı çərçivəsində baş tutacaq.





























