Advertisement

Türkiyədə məktəb ərazisində 30 mərmi tapılıb

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərinin Bəyoğlu rayonunda məktəb
ərazisində 30 mərmi tapılıb.

Trend bu barədə türk
KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, hadisə Bəyoğlu rayonundakı İmam Hatip liseyi
binasının tikinti meydançasında baş verib.

Belə ki, tikinti zamanı fəhlələr 30 mərmi aşkar edib. Sursat
qazıntı işləri zamanı tapılıb.