Advertisement

Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirilib

Bakı. Trend:

Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı
tədbirlər keçirilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə
verilən məlumata görə, tədbirlər zamanı Zaur Musayev, Ağamoğlan
Kərimov, İlkin Fərəcov və Rahil İsmayılov saxlanılıblar.

Onlardan psixotrop maddə metamfetamin və narkotik vasitə olan
marixuana aşkarlanaraq götürülüb. Faktlarla bağlı Beyləqan RPŞ-də
cinayət iṣləri başlanılıb, adıçəkilənlər barəsində həbs qətimkan
tədbiri seçilib. Bundan əlavə, aparılan profilaktik tədbirlərin
nəticəsi olaraq rayon sakinləri özlərində olan 8 ov tüfəngini
könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.