
Bakı. Trend:
Sabaha gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə bildirilib ki,
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu
olacağı, arabir tutulacağı gözlənilir.
Əsasən, səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı
var. Mülayim cənub küləyi gecəyə doğru arabir güclənən şimal-qərb
küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 11-14°, gündüz 17-21° olacaq. Atmosfer
təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi
rütubət gecə 65-70 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə arabir leysan xarakterli intensiv
olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə
sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir
duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir
güclənəcək.
Havanın temperaturu gecə 10-15°, gündüz 20-25°, dağlarda gecə
3-7°, gündüz 7-12° olacaq.





























