
Bakı. Trend:
İngiltərə Premyer Liqasında “Qızıl əlcək” mükafatının sahibi
bəlli olub.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, mükafatı “Arsenal”ın ispaniyalı qapıçısı
David Rayya qazanıb.
O, mövsüm ərzində ən çox quru oyun keçirən qolkiper olub.
Hazırda aktivində 14 belə matç olan Rayya digərləri üçün
əlçatmazdır. Buna “Everton”un qapıçısı Cordan Pikfordun “Luton”la
görüşdə qol buraxması səbəb olub.
Qeyd edək ki, “Everton” bu matçda bir xalla kifayətlənib –
1:1.





























