Advertisement

24 yaşlı şəxs Bakı sakinini hədələyib maşınını oğurladı

Bakı. Trend:

Bakının Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinə mayın 2-si saat 3
radələrində Rüfət adlı şəxsin Bakı şəhər sakini olan bir nəfəri
bıçaqla hədələyib onun “Renault” markalı avtomobilini quldurluq
yolu ilə talaması barədə məlumat daxil olub.

Qeyd edilib ki, avtomobil həmin gün saat səhər saatlarında
polislər tərəfindən Salyan yolu 12-nin qarşısında saz vəziyyətdə
tapılıb.

Hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş
2000-ci il təvəllüdlü Rüfət Eynullayev müəyyən olunaraq
saxlanılıb.

Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.