Advertisement

FIFA futbolda ciddi dəyişikliyə hazırlaşır

Bakı. Trend:

FIFA futbolda ciddi dəyişiklik etməyə hazırlaşır.

Trend xarici mətbuata istinadən xəbər verir ki, ali futbol
qurumu milli çempionatlarda bəzi oyunların ölkə xaricində
keçirilməsinə icazə verən qərar qəbul etmək istəyir.

Mümkün yeniliyə əsasən, klublar prinsipial matçları qarşılıqlı
razılıq əsasında başqa ölkələrdə oynaya biləcəklər.

Qeyd edək ki, bu yaxınlarda İspaniya La Liqasının bəzi
oyunlarının ABŞ-da keçirilə biləcəyi ilə bağlı iddialar
səsləndirilib.