Advertisement

AİB Tacikistanda SES layihəsinin reallaşdırılmasında iştirak edəcək

Tbilisi. Trend:

AİB, böyük ehtimalla, Roğun SES-in reallaşdırılmasında iştirak
edəcək.

Trend-in məlumatına görə, bunu AİB-in Mərkəzi və Qərbi Asiya
üzrə baş direktoru Yevgeni Jukov Tbilisidə AİB-in illik iclasında
brifinq zamanı deyib.

“Roğun su elektrik stansiyası təkcə Tacikistan üçün deyil, bütün
region üçün mühüm layihədir, o, təkcə yaşıl enerjinin inkişafı
deyil, həm də su ehtiyatlarından istifadənin tənzimlənməsi
baxımından böyük fayda verəcək”, – o qeyd edib.

AİB-in layihədə iştirakını müzakirə edərkən, Jukov bildirib ki,
“biz hələ investisiya qərarına gəlməmişik, amma tezliklə iştirak
edəcəyik”.

Xəbər yenilənəcək