
Bakı. Trend:
Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq etməyə
qərar verib və bəzi hallarda bu qaydadan istisnaları nəzərdə
tutub.
Trend xəbər verir ki, bu barədə məlumatı Rusiya Federasiyası
Nazirlər Kabinetinin mətbuat xidməti yayıb.
“Rusiyada qamış və ya çuğundur şəkəri və kimyəvi cəhətdən təmiz
saxaroza ixracına müvəqqəti qadağa tətbiq edilir. Bu barədə qərar
imzalanıb”, – deyə məlumatda deyilir.
Qeyd edilir ki, məhdudiyyət 2024-cü il avqustun 31-dək qüvvədə
olacaq. Bu qərar daxili ərzaq bazarının sabitliyinin qorunub
saxlanmasına yönəldilib. Qərar, həmçinin Avrasiya İqtisadi İttifaqı
ölkələrinə aid olan bəzi istisnaları da nəzərdə tutur, onlar üçün
tədarüklər müəyyən həcmdə əlçatan olacaq.
Rusiya Statistika Komitəsinin son məlumatlarına görə, dekabrın
sonundan aprelin 22-dək şəkər tozunun ümumi qiymət artımı 3,6 faiz
təşkil edib, bu da ilin əvvəlindən bəri inflyasiyanın orta
səviyyəsindən 2,33 faiz yüksəkdir.





























